Vaqif Cavadov: Həftədə 2 oyun keçirməyin nəyi pisdir?
14.12.2009 - 17:17
“Bəlkə də kimsə həftədə 2 oyun keçirməyin çətinliyindən danışa bilər. Lakin mən bunun tərəfdarıyam. Hamımız buna uyğunlaşmalı və yeni səviyyəyə qalxmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Vaqif Cavadov deyib.
Unibank Premyer Liqasının XV turunun “Standard”la görüşündən sonra qarşılaşma haqda fikirlərini açıqlayan 20 yaşlı hücumçu rəqibin heç də zəif olmadığını düşünür: “Turnir cədvəlinə əsasən “Standard” aşkar autsayderdir. Lakin oyuna görə bunu iddia etmək olmaz. Böyükağa Hacıyevin gəlişi ilə sumqayıtlılar “artırıb”. Məşqçi dəyişikliyindən sonra daha güclü və əzmkar komandaya çevrilib. Buna baxmayaraq, qalib gələ bildik. Hərçənd, xeyli qol imkanlarından da yararlana bilmədik ki, onlardan ikisində mən fərqlənə bilərdim”.
Qeyd edək ki, “Qarabağ” “Standard”la səfər oyununda 1:0 hesabı ilə qalib gəlib.
Mənbə: azerifootball.com

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0