Rusiya yığması Bakıya gəlməkdən imtina etdi
14.12.2009 - 17:23
Bakıda keçiriləcək ənənəvi futzal turnirinin iştirakçılarının siyahısında dəyişiklik olub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, dekabrın 18-dən 21-dək baş tutacaq III Bakı Beynəlxalq Futzal turnirində oynayacaq 4 komandadan biri – Rusiya yığması yarışa qatılmayacaq. Onları elə həmin ölkənin klubu – “Kaspi” əvəzləyəcək. Xatırladaq ki, Azərbaycan milli komandası və ruslarla yanaşı Türkiyə ilə Gürcüstan yığmaları da turnirdə mübarizə aparacaq.
18 dekabr
16:30 “Kaspi” – Türkiyə
19:00 Azərbaycan – Gürcüstan
19 dekabr
15:30 Türkiyə - Gürcüstan
18:00 “Kaspi” – Azərbaycan
21 dekabr
16:30 Gürcüstan – “Kaspi”
19:00 Azərbaycan – Türkiyə
18 dekabr
16:30 “Kaspi” – Türkiyə
19:00 Azərbaycan – Gürcüstan
19 dekabr
15:30 Türkiyə - Gürcüstan
18:00 “Kaspi” – Azərbaycan
21 dekabr
16:30 Gürcüstan – “Kaspi”
19:00 Azərbaycan – Türkiyə
0
0