Ramin Musayev təqvimi dəyişdi
14.12.2009 - 17:50
Ramin Musayev təqvimi dəyişdi
Unibank Premyer Liqasının təqvimində növbəti dəyişiklik edilib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu il sonuncu – XVII turun oyunları əvvəl nəzərdə tutulduğu kimi, dekabrın 27-də yox, bir gün əvvəl başa çatacaq.

Əksər klublar PFL-ə ünvanladıqları məktubda qarşıdan gələn bayramlarla əlaqədar olaraq XVII turun görüşlərinin daha tez tarixdə keçirilməsini xahiş edib. Bunu nəzərə alan PFL-nin prezidenti Ramin Musayevin bu gün imzaladığı əmrə əsasən dekabrın 24-də "Standard" – "Karvan", "Qarabağ" – "Bakı", "Qəbələ" – "İnter", "Muğan" – "Xəzər-Lənkəran", iki gün sonra “Turan” – “Olimpik-Şüvəlan, “Simurq” – “Neftçi” oyunu keçiriləcək.