16 yaşlı futbolçu qol vurdu və sevincindən öldü
14.12.2009 - 18:05
İtaliyada Milan şəhəri yaxınlığında Monte Kremasço qəsəbəsində bədbəxt hadisə baş verib. Apasport.az saytının məlumatına görə, adıçəkilən qəsəbəni təmsil edən “Polisportiva Monte” klubunun 16 yaşlı futbolçusu Dieqo Riviera faciəli şəkildə dünyasını dəyişib.
O, şərəfini qoruduğu komandanın heyətində ilk qolunu vurduqdan sonra müvazinətini saxlaya bilməyərək, yerə yıxılıb. Yeniyetmə futbolçu dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Dieqo ürək çatışmazlığından vəfat edib. Həkimlərin rəyinə əsasən, Riviera qolun həyəcanına dözə bilmədiyindən, ölüb.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0