Azərbaycan çempionu bir milyon dollarlıq turnirdə?
14.12.2009 - 18:24
“Yəqin ki, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nun iştirakçıları yenə zəifləmiş heyətlə yarışa qatılacaqlar. Əsas futbolçuların olmaması azarkeş marağının da azalmasına səbəb olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Futbol İttifaqının Yarışların Təşkili və Keçirilməsi Departamentinin direktoru Sergey Kulikov deyib.
Qurum rəsmisi gələn ilin yanvarında Moskvada keçiriləcək ənənəvi turnirin hansı yolla xilas olmasından danışıb: “Dişimizi dişimizə sıxıb turniri qorumağa çalışırıq. İndi mükafat fondu ilə bağlı məsələni həll etməyə çalışırıq. Bunun komandaları turnirə bağlayacağını düşünürük. Mükafat fondunun məbləğinin necə olacağını bilmirəm. İstəyərdik ki, belə tarixə malik yarışda həmin məbləğ 1 milyon dollar olsun”.
Qeyd edək ki, yanvarın 15-25-də keçiriləcək yarışda Azərbaycanı son ölkə çempionu “Bakı” təmsil edəcək.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0