PFL dəyişə-dəyişə gedir
14.12.2009 - 18:32
PFL dəyişə-dəyişə gedir
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatının təqvimində növbəti dəyişiklikləri edib. Apasport.az-ın qurumun rəsmi internet saytına istinadən məlumatına görə, Unibank Premyer Liqasının birinci mərhələnin gələn il keçiriləcək turları əvvəlcədən nəzərdə tutulduğu tarixdə keçirilməyəcək.

Buna AFFA-nın baş katibi Elxan Məmmədovun PFL-ə ünvanladığı məktub səbəb olub. Həmin məktubda milli komandanın təlim-məşq toplanışını nəzərə alaraq Premyer Liqanın təqvimində dəyişiklərin edilməsi xahiş olunmuşdu. Məktubu, həmçinin orada göstərilənləri - milli komandanın 2010-cu il martın 3-də beynəlxalq yoldaşlıq oyunu keçirəcəyini və bununla əlaqədar olaraq fevralın 22-dən təlim-məşq toplanışına başlayacağını nəzərə alan PFL XVIII-XXII turların vaxtını dəyişib.

Qeyd edək ki, cari mövsüm yarışların təqvimi dəfələrlə dəyişdirilib.

2010-cu il
XVIII tur 2 fevral (çərşənbə axşamı)


"Bakı" - "Turan"
"Olimpik-Şüvəlan" - "Qəbələ"

3 fevral (çərşənbə)

"Xəzər Lənkəran" - "Standard"
"İnter" - "Muğan"
"Karvan" - "Simurq"
"Neftçi" - "Qarabağ"

XIX tur, 7 fevral (bazar)

"Standard" - "İnter"
"Qarabağ" - "Karvan"
"Simurq" - "Xəzər Lənkəran"
"Neftçi" - "Bakı"
"Muğan" - "Olimpik-Şüvəlan"
"Qəbələ" - "Turan"

XX tur, 11 fevral (cümə axşamı)

"İnter" - "Simurq"
"Xəzər Lənkəran" - "Qarabağ"
"Karvan" - "Neftçi"
"Turan" - "Muğan"
"Bakı" - "Qəbələ"

12 fevral (cümə)

"Olimpik-Şüvəlan" - "Standard"

XXI tur, 16 fevral (çərşənbə axşamı)

"Qarabağ" - "İnter"
"Simurq"- "Olimpik-Şüvəlan"
"Karvan" - "Bakı"
"Neftçi" - "Xəzər Lənkəran"
"Standard" - "Turan"
"Muğan" - "Qəbələ"

XXII tur, 20 fevral (şənbə)

"Olimpik-Şüvəlan" - "Qarabağ"

21 fevral (bazar)

"Bakı" - "Muğan"
"Xəzər Lənkəran" - "Karvan"
"Qəbələ" - "Standard"
"Turan" - "Simurq"
"İnter" - "Neftçi"