Luis Fabio Ramim: Yeni ilə qalib əhval-ruhiyyə ilə qədəm qoymaq istəyirik
14.12.2009 - 21:47
Luis Fabio Ramim: Yeni ilə qalib əhval-ruhiyyə ilə qədəm qoymaq istəyirik
“Komandamız indi yaxşı vəziyyətdədir, gündən-günə inkişaf hiss olunur. Məşqçimiz səviyyənin daha da artmasını təmin edir, biz isə onun göstərişlərinə əsasən çalışırıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Luis Fabio Ramim deyib.

Unibank Premyer Liqasının XV turunda Zaqatalada “Simurq”la matçda ilk qolu vuran braziliyalı legioner klubun saytına bildirib ki, hazırda çempionatın ən güclü komandasından biri “Bakı”dır: “Biz liqanın ən güclü komandalarından biriyik. Heyətimiz yaxşı oyunçulardan təşkil olunub. Turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq üçün çalışırıq. İrəlidə iki oyunumuz var. “Olimpik” və “Qarabağ”la oyunlarda maksimim nəticə əldə edib Yeni ilə qalib əhval-ruhiyyə ilə qədəm qoymaq istəyirik. Əsas komandanın qalib gəlməsi idi, əlbəttə, qol vurmağım da şəxsən mənim üçün xoşdur”.