“Ayaqlarımı o qədər kötəklədilər ki...”
14.12.2009 - 22:00
“Ayaqlarımı o qədər kötəklədilər ki...”
“Çox mücadilə etdik, çətin oyun alındı. Bizə də, onlara da xal lazım idi, bu səbəbdən oyunun ağır keçəcəyini bilirdik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Jabaya məxsusdur.

Ölkə çempionatının XV turunda “Simurq” üzərində qazanılan qələbədən (2:1) sonra klubun saytına açıqlama verən braziliyalı hücumçunun fikrincə, rəqib müdafiəçilər sərt oynadıqlarından, ayaqlarına zərbələr dəyib: “O qədər kötək dəydi ki. Maraqlı oyun alındı, azarkeşlər gərgin mübarizənin şahidi oldular, meydanın bütün sahələrində top uğrunda savaş getdi. Biz daha yaxşı oynadıq, hesabı açandan sonra rəqib təzyiqləri artırdı. Nəticədə hesabı bərabərləşdirməyi bacardılar”.

Jaba bildirib ki, fasilədən sonra hər şeyə yenidən başlamaq lazım gəlib: “İkinci qolu vurandan sonra inandım ki, qalib gələcəyik. Komandamız, ümumilikdə, yaxşı oynadı. Qələbəyə layiq tərəf biz idik”.