Roberto Karlos “Fənərbaxça”dan ayrıldı
15.12.2009 - 09:38
Braziliyalı futbolçu Roberto Karlos “Fənərbaxça”da son saatlarını yaşayır. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi dünən klubun ofisində prezident Əziz Yıldırım və digər rəsmilərlə görüşərək, komandadan getmək istədiyini söyləyib. Dekabrın 17-də Avroliqanın qrup mərhələsi çərçivəsində “Şükrü Saracoğlu” stadionunda Moldova “Şerif”inə qarşı keçiriləcək görüş Roberto Karlosun “sarı-lacivərdli” formada axırıncı matçı olacaq. Oyun zamanı braziliyalı ilə vida mərasimi baş tutacaq.
Yeri gəlmişkən, dünya çempionu dünən axşam “Fənərbaxça”nın heyətindəki məşqi yüksək əhval-ruhiyyədə keçirib. Bəzi komanda yoldaşları tez-tez ona sarılıblar, Roberto Karlos isə məşqdən sonra onlarla qısa söhbət edib.

0
0