“Terek”in vitse-prezidenti: O, niyə Azərbaycan yığmasında oynaya bilməz?
15.12.2009 - 09:50
Rusiya çempionatında forma geyinən legionerlərin statusu ilə bağlı müzakirələr davam edir. Apasport.az saytının məlumatına görə, şimallılar başqa ölkələrin milli komandalarının şərəfini qoruduqları üçün Rusiya yığmasında oynamaq hüququnu itirən, lakin hələ də Rusiya vətəndaşı olanlar barəsində son qərara gələ bilmirlər. Bəziləri belə futbolçuların legioner sayılmasının, bəziləri isə indiyədək yerli futbolçu statusu daşıyanların yenə limitdən kənar çıxış etməsinin tərəfdarıdır. Artıq məsələyə Rusiya Premyer Liqasında oynayan klubların nümayəndələri də münasibət bildiriblər. Qroznının “Terek” klubunun vitse-prezidenti Haydar Alxanov Azərbaycan milli komandasının sabiq üzvündən söz açıb: “Rusiya pasportu daşıyanlar legioner sayılmamalıdır. Onların Rusiya vətəndaşı olmaları hər şeyi deyir. Hansı yığmada oynamaq isə onların şəxsi işləridir. Məsələn, Rusiya yığmasına çağırılmayan Şamil Lahiyalov niyə də Azərbaycan milli komandasında oynaya bilməz?”
Qeyd edək ki, Layihalov ötən ay başa çatan Rusiya çempionatının son 5 turunda “Terek”də baş məşqçi əvəzi olan Şahin Diniyevin Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmasına rəhbərlik etdiyi dövrdə “milliləşmişdi”. Rusiya vətəndaşı olan futbolçu vətənində legioner sayılmır. Eyni sözlər yığmalarımızın digər oyunçularına da aiddir. Alxanov və onunla həmfikirlərin istəyi gerçəkləşməsə, yəni yenilik tətbiq olunsa, Rusiya pasportunu daşıyan Emin Ağayev, milliləşən Mixail Zaytsev, Əhməd Qurbanov, Nurməhəmməd Murtuzəliyev kimi futbolçular da yaxın gələcəkdə legioner olacaqlar.

0
0