Adrian Neaqa: “Neftçi” klubunda gördüklərim məni heyrətləndirdi
29.12.2009 - 14:36
Adrian Neaqa: “Neftçi” klubunda gördüklərim məni heyrətləndirdi
“Komandada gördüklərim məni bir az heyrətləndirdi. İnsanların, o cümlədən futbolçuların mənə hörmətlə yanaşması, müsbət mənada təəccüblənməyimə səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Adrian Neaqa deyib.

Hazırda vətəni Rumıniyada olan 30 yaşlı hücumçu jurnalistlərlə söhbətində paytaxt təmsilçisinin iddialarından danışıb. O digər iki həmyerlisi ilə birlikdə “ağ-qaralar”ı çempionluğa daşımaq istədiyini bildirib: “Həmyerlilərim Marian Aliuta və Leonard Naydinlə birgə çıxış etdiyim “Neftçi” Azərbaycan çempionu adı uğrunda mübarizə aparır. Bu uğura nail olmaq çox yaxşı olardı. Rumıniyalı futbolçuların “Neftçi”nin ulduzları olduğunu deyə bilmərəm. Amma bir fakt var ki, komandanın 18 qolundan 11-ni biz üçümüz vurmuşuq”.

Qeyd edək ki, Unibank Premyer Liqasının arxada qalan hissəsində 18 qol vuran “Neftçi”də Neaqa 7, Aliuta 3, Naydin isə 1 dəfə fərqlənib.