Bülənt Korkmaz Əli Turanın transferindən danışdı
29.12.2009 - 14:49
Türkiyənin “Qalatasaray” klubu “Kayserispor”un kapitanı Əli Turanı transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, necə vaxtdır çıxış etdiyi Kayseri təmsilçisini tərk etməklə bağlı tərəddüd edən 26 yaşlı futbolçu hələ də qəti qərar verməyib.
Almaniya Bundesliqasının bir neçə klubunun da hədəfində olan Turanın transferini gündəmdə saxlayan türk həmkarlarımız “Qalatasaray”ın əfsanəsi Bülənt Korkmazın da fikirlərini öyrənib. “Bakı”nın baş məşqçisi hələ “Kayseri Ərciyəsspor”da rəhbərliyi altında oynamış Əli haqda yüksək fikirdə olduğunu bildirib: “Əli Turan əsl liderlik keyfiyyətlərinə malik futbolçudur. Məşqlərdə oyunda olduğu kimi çalışır. Təkbətək mübarizələrdə rəqiblərinə aman vermir. Onun böyük klublara necə uyğunlaşacağı, psixoloji cəhətdən bunu necə qəbul edəcəyi sual doğurur. Amma istənilən halda, onu alan klub faydalı transfer etmiş olacaq”.
Qeyd edək ki, 2002-ci ildən “Kayserispor”da çıxış edən mərkəz müdafiəçisi yalnız bir dəfə - “Kayseri Ərciyəsspor”a icarəyə verildiyi 2006/07 mövsümünün ikinci yarısında doğma klubundan ayrılıb.

0
0