“Xəzər-Lənkəran” Litva yığmasının futbolçuları ilə maraqlanır
29.12.2009 - 15:22
“Xəzər-Lənkəran” Litva yığmasının futbolçuları ilə maraqlanır
“Xəzər-Lənkəran” rəhbərliyi gələn ilin yanvarında Türkiyədə keçiriləcək təlim-məşq toplanışı zamanı heyəti gücləndirəcək. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi zamanı komandanın düşərgəsinə bir neçə ölkədən baxışa futbolçu gələcək. Baş məşqçi Ağasəlim Mircavadov cinah müdafiəçilərinə, eləcə də yarımmüdafiəçiyə ehtiyacları olduqlarını bildirib.

“Biz 7-8 futbolçunu sınaqdan keçirməyə hazırıq. Agentlər bizə Belarus, Braziliya, Litva, həmçinin Afrika qitəsindən oyunçular təklif ediblər. Yeri gəlmişkən, litvalı futbolçular öz ölkələrinin milli komandalarının formasını geyinirlər. Bəzi oyunçuların iştirak etdikləri matçların videoyazılarına baxmışıq. Lakin düzgün seçim etmək onları təlim-məşq toplanışında sınamaq lazımdır” – deyə Ağasəlim Mircavadov vurğulayıb.

Mənbə: extratime.az