Fariz Nəcəfov araşdırma istəyir
29.12.2009 - 15:52
“AFFA-nın İntizam Komitəsinin haqqımızda çıxardığı qərardan yenicə xəbər tutmuşam. Mənə dedilər ki, 5000 manat cərimələnmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Yusifov deyib.
Qəbələlilərin ölkə çempionatının hesabat turunda “İnter”lə ev oyunu (0:1) başa çatdıqdan sonra görüşün baş hakiminin avtomobilinin və qonaq komandaya məxsus avtobusun şüşəsi yerli azarkeşlər tərəfindən sındırılıb. Buna əsas gətirən İntizam Komitəsi stadionda və ona bitişik ərazilərdə təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi "Qəbələ"ni 5000 manat cərimələnib. Klub oyunun baş hakiminin və "İnter"in təqdim edəcəyi sənədə əsasən hər iki tərəfə dəymiş zərəri ödəməlidir.
Nəcəfov baş verənlərlə bağlı araşdırmalarının nəticəsini gözləməyi məsləhət bilir: “Bu, meydançadan kənarda baş verən xoşagəlməz olaylardır. Məsələni araşdırıb, rəsmi mövqeyimizi bildirərik. Cəriməni ödəməklə bağlı problem yoxdur. Ümid edirik ki, AFFA-nın İntizam Komitəsi nə vaxtsa bizim də lehimizə qərar çıxaracaq”.

0
0