Pereyra kokain qəbul etdiyini boynuna aldı
29.12.2009 - 16:23
Braziliyanın “Botofoqo” klubunun futbolçusu Jobson Leandro Pereyra de Oliveyra kokain qəbul etdiyini boynuna alıb. Apasport.az saytının məlumatına görə, son iki ayda orqanizmində kokain tapılan 21 yaşlı braziliyalı yerli telekanallardan birinə müsahibəsində günahlarını etiraf edib.
Jobson ölkə çempionatının noyabrın 8-də “Koritiba” (2:0), dekabrın 6-da “Palmeyras”la (2:1) matçlarından sonra narkotik qəbul etdiyini açıqlayıb. Son qarşılaşmada qollardan birini də narkoman hücumçunun özü vurub. İndi Jobsonun karyerası Braziliya Futbol Konfederasiyasının İntizam Komitəsinin qərarından asılıdır. Elə bu ay “Botofoqo”dan “Kruzeyro”ya transfer olunan futbolçunun ömürlük bu idman növündən kənarlaşdırılacağı gəzlənilir. Günahkarın özü isə müsahibəsində bildirib ki, onu bu səhvə görə diskvalifikasiya yox, cərimə etməlidirlər.

0
0