Stevan Bates “Bakı”da qalmağa üstünlük verdi
29.12.2009 - 16:40
Stevan Bates “Bakı” klubunda qalmağa qərar verib. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu yay transfer olunan 28 yaşlı serbiyalı müdafiəçi komandanın Antalyada təşkil olunacaq təlim-məşq toplanışına qatılacaq. Bu gün “Bakı” rəsmiləri ilə əlaqə saxlayan Bates son ölkə çempionunda çıxışını davam etdirmək istəyində olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycana uyğunlaşmaqda çətinlik çəkdiyini əsas gətirən Stevan qış fasiləsi başlayan “Bakı”dan ayrılmaq qərarına gəlmişdi. Lakin bir neçə gün düşündükdən sonra fikrindən daşınan legioner mövsümün sonuna kimi qalmağa qərar verib.
Batesin “Bakı” ilə müqaviləsi də həmin vaxta kimi nəzərdə tutulub. O, “zolaqlılar”ın əsas heyət oyunçularından sayılır.

0
0