Happy birthday, Vogts!
29.12.2009 - 17:08
Happy birthday, Vogts!
Sabah Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun həyatında əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, ad gününü vətənində qeyd edəcək almaniyalı mütəxəssisin 63 yaşı tamam olur. Alman həmkarlarımız milli komandalarını 8 il çalışdıran, ona 1996-cı ildə Avropa çempionluğunu (AÇ) qazandıran Foqtsu yenidən yada salıb. Onların fikrincə, heç də dəyişməyən Foqtsun ürəyi yenə gəncdir, KİV-ə qarşı münasibəti yenə pisdir.

1990-cı ildə Almaniya yığmasını dünya çempionu etdikdən sonra baş məşqçi postunda Frants Bekkenbaueri əvəzləyən Foqtsun futbolçu karyerası da parlaq olub. Təsadüfi deyil ki, keçmiş müdafiəçi həm dünya, həm Avropa çempionu olub. Beynəlxalq miqyasda 96, karyerasını həsr etdiyi Münhenqladbaxın “Borussiya” klubunda 419 oyun keçirib.

1998-ci ilə dünya çempionatının 1/4 finalında Xorvatiya yığmasına böyük hesablı məğlubiyyətdən (0:3) sonra istefa verən Foqstun sonrakı məşqçilik karyerası Leverkuzenin “Bayer” klubunda, habelə Şotlandiya, Küveyt, Nigeriya yığmaları ilə bağlı olub. Təcrübəli mütəxəssis ötən ilin əvvəlində Nigeriya milli komandasından istefa verdikdən sonra AFFA-dan gələn təklifi qəbul etdi və apreldə milli komandamızın baş məşqçisi təyin olundu.

Foqts AFFA ilə müqavilənin daha iki illiyə uzadılmasına belə izah verib: “Əsas məqsəd Azərbaycan yığmasının 2012-ci il Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə çıxarmaq deyil. Qarşımızda duran vəzifə düzgün öyrədilmədir”.

Avropa çempionatı ilk dəfə olaraq 2016-cı ildə 24 milli komandanın iştirakı ilə keçiriləcək. Alman həmkarlarımızı maraqlandıran odur ki, bəlkə həmin vaxt yığmamızın final mərhələsinə çıxmaq şansı olacaq: “O zaman 69 yaşı olacaq Foqtsun Asiyanın o başında məşqçi işləməkdən artığına ümid etməyəcək”.