“Knut ata”
29.12.2009 - 18:16
Daha çox qalmaqalları ilə tanınan norveçli FİFA hakimi Ton Henninq Evrebe rahib olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının yarımfinalında “Çelsi” – “Barselona” oyununda (1:1) kobud səhvləri ilə yadda qalan referi indi “Knut ata” adı ilə çağırılır.
Evrebe qərarını belə izah edib ki, “Çelsi”nin futbolçuları Didye Droqba, Mihael Ballak, Mikael Essyenin sifətləri onu daim narahat edir. Londonda keçirilən həmin görüşdə norveçli hakim “Barselona”nın qapısına üç penalti zərbəsini təyin etməməklə, “Çelsi”nin finala yolunu bağladı. “Çelsi”nin oyunçuları dünyanın dörd tərəfində hakimin kobudluğu haqda danışırlar. Evrebenin sözlərinə görə, həmin bəd oyundan sonra onun üçün cəhənnəm hökm sürür. O, bundan sonra heç kimə ziyan verməmək üçün dinə üz tutaraq missioner olmağa və günahlarını yumağa qərar verib.

0
0