Berti Foqts Almaniya milli komandasına qayıdacağı tarixi açıqladı
30.12.2009 - 12:18
Berti Foqts Almaniya milli komandasına qayıdacağı tarixi açıqladı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun yenidən Almaniya yığmasını çalışdıracağı vaxt məlum olub. Apasport.az saytının məlumatına görə, ötən ilin aprelindən millimizə rəhbərlik edən 63 yaşlı mütəxəssis 1990-98-ci illərdə çalışdırdığı Bundestimin “sükanı arxasına” qayıtmaq perspektivini açıqlayıb.

Bu gün 63 yaşını qeyd edən Foqts vətəni Almaniyada verdiyi müsahibədə Almaniya milli komandasının baş məşqçisi olacağı tarixi açıqlayıb. Daha doğrusu Yeni il ərəfəsində karyerası ilə bağlı zarafatı zəruri sayıb: “Milli komandamıza o vaxt qayıdacağam ki, onda mənim 97 yaşım olacaq”.

Qeyd edək ki, Foqts Almaniya yığmasının baş məşqçisi kimi, 1996-cı ildə keçirilən Avropa çempionatının qalibi olub.
0