Diniyev Almaniyaya gedəcək
30.12.2009 - 12:35
Diniyev Almaniyaya gedəcək
Azərbaycanın 15 yaşlılardan ibarət yığma komandası (U-15) Almaniyaya təlim-məşq toplanışına yollanacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Oliver Pelzerin rəhbərliyi altında 23 futbolçu gələn il Duysburq şəhərində hazırlıq keçəcək. Səfərə çıxacaq futbolçular Kamran Abdullazadə, Fuad İslamzadə, Qurbanəli Əliyev, Adil Nağıyev, Mənsur Nəhavəndi, Sadıq Quliyev, Əyyub Əliyev, Vahid Quliyev, Coşqun Diniyev, Rauf Əliyev, Kənan Manafov, Əmirəli Quliyev, Eltun Xudatov, Elmin Əsgərli, Polad Mirzəzadə, Əli Manaflı, Elvin Süleymanlı, Emil Haşımov, Adil Məmmədhüseynov, Nurlan Əhmədov, Emin Pənahov, Nicat Abbasov və İlqar Babayevdir. U-15 Duysburqda yanvarın 4-dən fevralın 12-ə qədər 40 gün hazırlıq keçəcək.

Qeyd edək ki, bu futbolçulardan Coşqun milli komandamızın sabiq baş məşqçisi, hazırda Qroznının “Terek” klubunda çalışan Şahin Diniyevin oğludur.
0