Adriano “Bakı”da! - FOTO
31.12.2009 - 12:03
Azərbaycan çempionu “Bakı” qış transfer pəncərəsinin açılması ilə bu sahədə fəaliyyətini gücləndirib. Apasport.az saytının xəbərinə görə, ötən günlərdə türk hücumçu Kürşat Duymuş və hollandiyalı yarımmüdafiəçi Adnan Bərəklə anlaşma əldə edən paytaxt komandası ilin son günündə braziliyalı hücumçu ilə bağlı qərar verib.
Hücum xəttini gücləndirən "Bakı" Adriano Padilyo Nasimento (Adriano Padilha Nascimento) ilə razılığa gəlib. Adriano 1980-ci ilin 20 iyun günündə anadan olub. Adriano 2006-cı ildə "Dənizlispor", 2007-2008-ci illər arası isə "Böyükşəhir Bələdiyyə Spor" klublarında çıxış edib. Türkiyə Super liqasında keçirdiyi 76 oyunda 16 dəfə rəqib qapılarına yol tapıb.
185 sm boya, 83 kq çəkiyə malik Adriano son mövsümü Braziliayanın "B" liqasının "Parana" klubunda keçirib.
Adriano yanvarın 3-də Türkiyəyə gələrək "Acıbadem" klinikasında tibbi müayinədən keçəcək. Bundan sonra 29 yaşlı braziliyalı hücumçu ilə 2 illik müqavilə bağlanacağı gözlənilir.

0
0