“Bakı”nın yeni stadionu - FOTOSESSİYA
01.01.2010 - 11:28
“Bakı”nın yeni stadionu - FOTOSESSİYA
"Bakı" klubunun Biləcəri qəsəbəsində inşa olunan təlim-məşq bazasında işlər bayram günləri də davam edir. Apasport.az saytının məlumatına görə, MDB ölkələrində analoqu olmayan bu müasir idman qurğusu tezliklə idmançıların ixtiyarına veriləcək.

Süni örtüklü meydan artıq futbolçuların ixtiyarındadır, burada hər həftə uşaq komandalarının oyunları keçirilir. Hazırda bazada tikinti-inşaat işləri aparılır, eyni zamanda təbii örtüklü meydanların xalçası salınır.

Dünya standardlarına cavab verən baza tamamilə 2010-cu ilin aprel-may aylarında təhvil veriləcək.