“Xəzər-Lənkəran”da əbədi müqavilə
01.01.2010 - 11:49
“Xəzər-Lənkəran”da əbədi müqavilə
"Xəzər-Lənkəran" köklü iş görmək qərarına gəlib. Apasport.az saytının xəbərinə görə, beş ildi fəaliyyət göstərən klub bəzi futbolçuları ilə uzunmüddətli müqavilə bağlamaq fikrinə düşüb.

Əslində Lənkəranda bu ənənə yarandığı gündən bəri var. Belə ki, Füzuli Məmmədov, Alim Qurbanov, Rəşad Abdullayev uzun müddət ağ-yaşıllı formanı geyiniblər. Amma Lənkəran klubu yarandığı 5 il ərzində 7 baş məşqçi dəyişib. Artıq Cənub klubu bu uğursuz ənənəyə son qoymaq istəyir. Belə ki, onlar hazırkı baş məşqçi Ağasəlim Mircavadovu məşqçilik karyerasının sonuna qədər bu postda saxlamaq istəyirlər. Bu barədə təcrübəli mütəxəssisə məlumat verilib. O, qalıb işləməyin əleyhinə deyil.

Qeyd edək ki, "Xəzər-Lənkəran" bütün titullarını Ağasəlim Mircavadovun rəhbərliyi altında qazanıb. Mircavadov Cənub klubuna 2 dəfə ölkə kubokunu, bir dəfə ölkə çempionatının qızıl medallarını qazandırıb.

Mircavadov eyni zamanda ölkənin ən titullu məşqçisidir. O, Azərbaycan idmanının inkişafında göstərdiyi xidmətlərə görə, "Şöhrət" ordeni ilə təltif olunub.