Fabreqas nə istəyir?
01.01.2010 - 12:46
Fabreqas nə istəyir?
"Arsenal"ın kapitanı Sesk Fabreqas yaxın gələcəkdə komandanı tərk etmək fikrində deyil. Apasport.az saytının məlumatına görə, futbolçu bildirib ki, Londonda hələ çox mükafat qazanmalıdır: “Qarşıma qoyduğum məqsədə çatmamış klubdan getməyəcəyəm. "Arsenal" gerçəkdən də İngiltərənin ən yaxşı klubudu və bunu qazanacağı trofeylərlə bir daha sübut etməlidi. Yayda mənimlə "Real" və "Barselona"nın maraqlandığı barədə çoxlu iddialar vardı. Olsun, belə iddialara fikir vermirəm. İndi məni narahat edən məsələ yalnız zədəmdi. Əzələmdəki ağrılarla bağlı problemdən mümkün qədər tez yaxa qurtarmaq istəyirəm".