Daha bir yığmamız Antalyaya gedir
07.01.2010 - 11:11
Daha bir yığmamız Antalyaya gedir
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) 2010-cu ildə ilk təlim-məşq toplanışını ölkə xaricində keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bernard Lippert yetirmələrini Türkiyənin Antalya şəhərində hazırlaşdıracaq. Milli komandamızın təlim-məşq toplanışı yanvarın 16-dan 25-dək davam edəcək. Komandanın Türkiyədə yoldaşlıq oyunları keçirəcəyi də gözlənilir.

Qeyd edək ki, U-21-in baş məşqçisi Lippert həm də U-19-u çalışdırdığından, hazırda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə aparan komandamızla birgədir.