Mahir Şükürov “Anji”yə müqaviləyə yox, baxışa gedib
11.01.2010 - 10:34
Mahir Şükürov “Anji”yə müqaviləyə yox, baxışa gedib
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Rusiyanın “Anji” klubunun düşərgəsinə qoşulub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi Premyer Liqa klubunda baxışdadır.

Şükürov dəfələrlə birbaşa müqavilə üçün getdiyini iddia etsə də, klubun rəsmi saytı yığmamızın oyunçusunun baxışdan keçəcəyini bildirir. Mahaçqala təmsilçisinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Mahir baxışa dəvət olunan 10 legionerdən biridir və onların taleyinə Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında aydınlıq gələcək.
0