“Xəzər-Lənkəran”la görüşdə maksimim futbolçu oynadacağıq”
11.01.2010 - 11:09
“Xəzər-Lənkəran”la görüşdə maksimim futbolçu oynadacağıq”
Moskvanın “Spartak” klubu “Xəzər-Lənkəran”la yoxlama oyunu keçirəcəyini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, Rusiyanın ən titullu komandasının baş məşqçisi Valeri Karpin görüşün baş tutmaması ilə ehtimalların üstündən xətt çəkib.

Məlum olduğu kimi, Rusiyanın, o cümlədən digər ölkələrin güclü klubları təmsilçilərimizlə oyun keçirəcəklərini bəyan etsələr də, sonradan fikirlərindən daşınırlar. Ancaq Karpin “Xəzər-Lənkəran”ı çalışdıran təcrübəli həmkarı Ağasəlim Mircavadova bu baxımdan narahat olmamağı tövsiyə edir: “Türkiyədə iki yoxlama oyunu keçirəcəyimiz və rəqiblər son olaraq təsdiqlənib. Yanvarın 23-də Azərbaycanın “Xəzər-Lənkəran”, 25-də Soçinin “Jemçujina” klubu ilə görüşəcəyik. İlk təlim-məşq toplanışı üçün məhz elə iki rəqib optimaldır. Həmin yoxlama oyunlarında maksimum futbolçu istifadə edəcəyik”.
0