Azərbaycandan aldığı səs də Dunqaya kömək etmədi
11.01.2010 - 11:17
Azərbaycandan aldığı səs də Dunqaya kömək etmədi
Dünyanın ən yaxşı yığma məşqçilərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) ölkələrdəki nümayəndələri arasında keçirdiyi sorğu əsasında milli komandalarda çalışan mütəxəssislərin reytinq siyahısını müəyyənləşdirib.

İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske səsvermədə 185 xal toplayaraq, planetin 2009-cu il üçün ən yaxşısı seçilib. 2008-ci ildə Avropa çempionu titulunu qazanan yığmada Luis Araqonesi əvəzləyəndən sonra bir matç istisna olmaqla, bütün oyunlarda qələbəyə sevinən yetirmələri Del Boskenin birinci olmasına səbəb olub.
Həmin məğlubiyyəti də ötən ilin ən böyük turniri sayılan Konfederasiyalar kubokunun yarımfinalında alan İspaniya millisi həmin turnir ərəfəsində son matçını Bakıda keçirmişdi. Azərbaycan milli komandası üzərində 6:0 hesablı qələbəyə sevinən mütəxəssis sorğuda ikinci olan Fabio Kapellonu 34 xal qabaqlayıb. İngiltərə yığmasının çalışdırıcısı isə 149 xala malik Dunqanı cüzi fərqlə arxada qoyub. Konfederasiyalar kubokunu qazanan Braziliya yığmasının bu uğuru komandanın sabiq kapitanına birinci yer üçün kifayət etməyib.

Qeyd edək ki, ümumilikdə 25 baş məşqçinin adının çəkildiyi sorğuda apasport.az saytının əməkdaşı, İFFHS-in Azərbaycan üzrə nümayəndəsi Vüqar Xeyrullayev də iştirak edib. O 2009-cu ilin ən yaxşı yığma məşqçisi kimi Dunqaya səs verib.
0