“Bakı” Antalyada güclü rəqib tapa bilmir
11.01.2010 - 11:54
“Bakı” Antalyada güclü rəqib tapa bilmir
“Bakı” klubunun Türkiyədəki təlim-məşq toplanışında ikinci rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Karşıyaka” ilə 1:1 hesablı heç-heçə edən son ölkə çempionu Antalyadakı hazırlıq prosesini Türkiyənin II liqa təmsilçisi “Şanlıurfaspor”la yoxlama oyunu ilə bitirəcək. Həmin görüş yanvarın 13-də baş tutacaq və “Bakı” ertəsi Moskvaya yollanacaq.
0