“Neftçi” və “Turan”ın sabiqləri elə stadionda yeyib-içdilər
11.01.2010 - 12:14
“Neftçi” və “Turan”ın sabiqləri elə stadionda yeyib-içdilər
Bakının “Neftçi” komandasının sabiq futbolçusu Março Dafçev sözünün üstündə durub. Apasport.az saytının məlumatına görə, ötən ay oğlu anadan olan 32 yaşlı yarımmüdafiəçi Bolqarıstanın “Lokomotov” (Plovdiv) klubundakı yoldaşlarına söz verdiyi qonaqlığı yalnız indi təşkil edib.

Daha doğrusu tort və alkoqolsuz içkilər alıb komandasının məşqinə aparıb. “Nadejda” məhəlləsindəki stadiona əlidolu yollanan Dafçev oğlunun doğum günündən - dekabrın 20-dən indiyədək “bu gün-sabaha” saldığı “borc”unu bu yolla verib.

Qeyd edək ki, hazırda “Lokomotiv”i Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy çalışdırır.
0