Mahir Şükürov: “Anji” klubu ilə müqavilə bağlamağım yubanır
11.01.2010 - 13:15
Mahir Şükürov: “Anji” klubu ilə müqavilə bağlamağım yubanır
“Anji” ilə müqavilə bağlayacağım vaxtı gözləyirəm. Ancaq müəyyən məsələlərdən məsələ bir qədər yubanır. Bu gün Antalyaya klubun prezidenti gəlməlidir. Onunla mütləq görüşüb, anlaşmanın bütün detallarını danışacağam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov deyib.

Rusiya Premyer Liqasında mübarizə aparacaq Mahaçqalanın “Anji” klubunun Türkiyədəki hazırlıq prosesinə qoşulan 28 yaşlı sağ cinah oyunçusu klub rəhbərliyi ilə şərtlərini müzakirə etməyi vacib sayır: “Bəzi nüanslar var ki, onu müqavilə bağlamamışdan əvvəl müzakirə etmək lazımdır. Fikrimcə, biz görüşüb, hər şeyi nəzərdən keçirə bilərik. İstənilən halda, bu müqavilə bağlamağıma mane olmayacaq. Adaptasiya prosesində heç bir problemlə üzləşməmişəm. Kollektiv üzvləri məni yaxşı qarşıladılar. Qafqaz xalqlarının həmişə qonaqpərvərliyi ilə seçilməsini xatırladaraq, belə münasibətə məni təəccübləndirmədi”.

Bakının “İnter” klubundan ayrılan Şükürov “Anji”nin rəsmi saytının onun yalnız baxışa yollanması ilə bağlı xəbərə də münasibətini bildirib: “Bu, belə deyil. Məni müqavilə bağlamağa dəvət ediblər. Sadəcə, indi anlaşma hələ ki rəsmən imzalanmayıb. Sözləşmə hüquqi baxımdan rəsmiləşməyə kimi məni “Anji”nin nümayəndəsi saymaq olmaz. Bu isə yaxın günlərdə baş verəcək”.

Mahir yeni baş məşqçisi Omari Tetradzenin rus həmkarlarımızın təqdim etdiyi kimi elə də ünsiyyətcil, qapalı insan olması ilə razılaşmır: “Mən belə deməzdim. O, yalnız bir neçə il öncə karyerasını bitirən futbolçudur. Bundan əlavə, Tetradze özü də legioner olub və yeni gələn futbolçuya qərib ölkədə uyğunlaşmasının çətin olduğunu başa düşür”.

“Anji”də çoxsaylı legionerlərin baxışda olduğunu deyən Şükürov onun mövqeyinə futbolçu dəvət edilməsindən bixəbərdir: “Etiraf edim ki, mövqeyimə yeni futbolçuların gözdən keçirildiyini bilmirəm. Mən adi isinmə hərəkətlərində iştirak etdim. Çalışdırıcı məni ilk məşqdəcə elə də çox yükləmədi. Əgər sağ cinahda futbolçular olsa belə, rəqabətdən qorxmuram. Əksinə, belə maraqlı olacaq. Yanvarın 17-də “Qarabağ”la yoxlama oyununda meydana çıxacağıma əmin deyiləm. Məsələ ondadır ki, məşqçilər mənə bir müddət istirahət vermək fikrindədir. Tetradze məndən çempionatımızın nə vaxt bitdiyini, nə qədər istirahət etməyimlə maraqlandı. O, iki həftədən bir az artıq istirahət etdiyimi biləndə bunun ağır yükləmək üçün kifayət olmadığını bildirdi. Müqayisə üçün deyim ki, “Anji”nin futbolçuları təxminən iki ay dincəlib. Tetradze mənə daha 7-10 gün istirahət verəcək”.

Mənbə: extratime.az
0