Branimir Subaşiç Antalya haqda düşünür
11.01.2010 - 14:11
Branimir Subaşiç Antalya haqda düşünür
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç Serbiyanın “Srvena Zvezda” klubunun heyətində 2010-cu ilin hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, müqavilə ilə Belqrad təmsilçisinə məxsus olan, ötən ili icarə əsasında Çinin “Çanqçun Yatay” klubunda keçirən 28 yaşlı serbiyalı hücumçu yenidən vətənində çıxış edə bilər.

O komandanın təlim-məşq toplanışına başlayan 35 nəfərlik heyətində yer alıb. Lakin bu futbolçuların heç də hamısı “Srvena Zvezda”da qalmayacaq. Belə ki, klub rəhbərliyi fevralın 1-də Türkiyənin Antalya şəhərinə gedəcək heyətə 26 oyunçu daxil edəcək. Doqquz futbolçusunu icarəyə vermək fikrində olan serbiyalıların seçimi də məhz yanvarın sonlarında bilinəcək.

Qeyd edək ki, 2005-ci ilin yayından 2008-ci ilin iyununadək Bakının “Neftçi” klubunda çıxış edən Subaşiç il yarım əvvəl “Srvena Zvezda”ya keçib.
0