Futbolçuları gülləyən iki şəxs tutulub
11.01.2010 - 14:48
Futbolçuları gülləyən iki şəxs tutulub
Anqolanın hüquq-mühafizə orqanları Toqo yığmasının avtobusunu güllələməkdə şübhəli bilinən iki şəxsi həbs edib. Apasport.az saytının məlumatına görə, həmin şəxslər hadisənin törədilməsində məsuliyyəti öz üzərinə götürən “Kabinda Müstəqil Cəbhəsi”nin (FLEC) üzvləridir.

“FLEC-in iki nümayəndəsi həbs olunub. Onlar hadisənin baş verdiyi yerin yaxınlığında, Anqola və Konqo sərhədində yerləşən Massabi şəhərinə gedən yolda saxlanılıblar” - deyə Anqolanın baş prokuroru Antonio Nito vurğulayıb.

Xatırladaq ki, hadisə yanvarın 8-də baş verib. Toqo futbolçularının yer aldığı avtobus Konqodan məşqdən qayıdan zaman gülləbarana məruz qalıblar. Nəticədə 3 nəfər həlak olub, 9-u isə yaralanıb.
0