“Tvente” transferdən imtina etdi
11.01.2010 - 16:45
“Tvente” transferdən imtina etdi
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovu transfer etmək üzrə olan Hollandiyanın “Tvente” klubu 6 milyon avro qazanmaq imkanından imtina edib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi braziliyalı müdafiəçisi Franko Teyşeyra Duqlası satmaq istəməyib. İtaliyanın “Yuventus” klubu cənubi amerikalı üçün 6 milyon avro təklif etsə də, hollandiyalılar bu təklifdən imtina edib. Klubun prezidenti Yoop Munstermann çempionluğa oynadıqlarından heç bir qiymətə Duqlası satmayacaqlarını bildirib.
0