Ukraynalılar “Neftçi”ni seçdi
11.01.2010 - 17:15
Ukraynalılar “Neftçi”ni seçdi
Ukraynanın Premyer Liqa təmsilçisi “Zakarpatye” Türkiyədə “Neftçi” klubu ilə görüşəcək. Apasport.az məlumatına görə, Ujqorod təmsilçisi Antalyadakı hazırlıq prosesində ilk yoxlama oyununu “ağ-qaralar”la keçirməyi qərara alıb.

İqor Qamulanı baş məşqçisi olduğu komandanı yanvarın 30-da bakılılarla görüşə çıxaracaq. Bu, rəqibin ilk, “Neftçi”nin isə qış fasiləsində son yoxlama oyunu olacaq. Antalyaya yanvarın 27-də yollanacaq “Zakarpatye” “Neftçi”nin ardından fevralın 3-də Xorvatiyanın “Varteks”, 6-da Rusiyanın “Tom”, 10-da “Saturn” klubu ilə qüvvəsini sınayacaq.
0