İspaniya mətbuatı Unibank Premyer Liqasını pis örnək kimi göstərib
12.01.2010 - 00:06
İspaniya mətbuatı Unibank Premyer Liqasını pis örnək kimi göstərib
İspaniya çempionatının son turunun “Espanyol” – “Saraqosa” oyunu Pireney yarımadasında ciddi müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, ispan həmkarlarımız iki gün öncə baş tutan qarşılaşmanın çox aşağı səviyyədə keçməsindən narazı qalıb.

Matçı şərh edən jurnalistlər Barselonadakı görüşün İspaniya çempionatına layiq olmadığını iddia ediblər: “Bu görüşdə keyfiyyət adlı heç nə yox idi. Hər iki komanda indiki durumlarına uyğun səviyyədə oynayırdı. Çətin ki, futbol bilicilərindən kimsə meydanda İspaniya liqasının oyununu keçirildiyini deyərdi. Sanki orada Kipr, Azərbaycan və ya Malta birinciliyinin qarşılaşması keçirilirdi. 22 futbolçunun oyununu isə sözlə ifadə etmək çətindir”.

Qeyd edək ki, “Espanyol” “Saraqosa” ilə matçda 2:1 hesabı ilə qalib gəlib.
0