“Simurq”da kadr dəyişikliyi
11.01.2010 - 18:20
“Simurq”da kadr dəyişikliyi
Unibank Premyer Liqasında daha bir istefa gerçəkləşib. Apasport.az saytının məlumatına görə, növbəti kadr dəyişikliyi Zaqatalanın “Simurq” klubunda baş verib.

Belə ki, klubun icraçı direktoru Zakir Zəkiyev postunu tərk etməli olub. Buna onun başqa işə keçməsi səbəb olub. Zəkiyev tərk etdiyi postda cəmi 6 ay çalışa bilib. O ötən ilin yayında bu vəzifəyə təyin olunmuşdu.
0