Stiv Maklaren: Vaqif elə bir futbolçudur ki...
11.01.2010 - 23:18
Stiv Maklaren: Vaqif elə bir futbolçudur ki...
“Avropa Liqasında biz Vaqif Cavadovun oyununu görmüşük”. Apasport.az saytının xəbərinə görə, bunu “Tvente” klubunun baş məşqçisi Stiv Maklaren deyib.

Təcrübəli çalışdırıcı 4,5 il müddətinə müqavilə bağladıqları həmyerlimizlə bağlı fikirlərini bildirib. O vurğulayıb ki, Cavadov “Qarabağ” klubunun heyətində qitə miqyaslı turnirlərdə xoş təsir bağışlayıb: “Vaqif elə bir futbolçudur ki, bütün mövqelərdə oynaya bilər. O, gələcəyin parlaq futbolçusudur. Cavadov bütün oyunlarımızda iştirak edəcək”.

Xatırladaq ki, Cavadov “Tvente” ilə 4,5 il müddətinə müqavilə bağlayıb.
0