Xorvatiya – Estoniya matçı azərbaycanlı hakimə tapşırıldı
12.01.2010 - 10:24
Xorvatiya – Estoniya matçı azərbaycanlı hakimə tapşırıldı
Azərbaycanlı hakim dünya çempionatının seçmə oyununa təyinat alıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Venera Muradova-Kahriç qadınlardan ibarət komandalar arasında dünya çempionatının seçmə oyununda fit çalacaq. Xanım hakimimiz seçmə mərhələ çərçivəsində Xorvatiya – Estoniya oyununun baş hakimi təyin olunub. Bu qarşılaşma martın 27-də keçiriləcək.

Qeyd edək ki, Muradovanın başçılıq edəcəyi hakimlər briqadasının tam tərkibi hələ müəyyənləşməyib.
0