İki futbolçu “Muğan”dan qovuldu
12.01.2010 - 11:25
İki futbolçu “Muğan”dan qovuldu
Salyanın “Muğan” klubu 2 futbolçu ilə yollarını ayırıb. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Onun sözlərinə görə, həmin oyunçular mövsümün əvvəlində komandaya cəlb olunan bosniyalı hücumçular Eldin Adiloviçlə Adis Çulovdur. 29 yaşlı Çulov nizam-intizamı pozduğu üçün qovulub. O, mövsümün əvvəllərində də eyni səbəbdən heyətdən kənarlaşdırılsa da, sonradan bağışlanmışdı. 24 yaşlı Adiloviçə isə zəif çıxışı ilə əlaqədar “əlvida” deyilib.

Şirəliyev hər iki forvardın əvəzinə yenilərinin transfer ediləcəyini açıqlayıb. O, artıq bir neçə futbolçunun “Muğan”a baxışa gəldiyini bildirib.
0