Azərbaycan qadın futbolu “başsız” qaldı
12.01.2010 - 12:30
Azərbaycan qadın futbolu “başsız” qaldı
Qadın Futbol Federasiyasının prezidenti səlahiyyətlərini icra edən Asim Xudiyev tutduğu vəzifədən istefa verib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 2007-ci ilin noyabrında səlahiyyət müddəti başa çatan, lakin bu vəzifələri icra edən veteran futbolçu qadın futbolundan uzaqlaşmağa qərar verib.

Buna 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının heyətində saxtakarlığın baş alıb-getməsi, birdən-birə 6 futbolçunun “lipa” çıxması səbəb olub. UEFA-nın AFFA və yığmaya tətbiq etdiyi sərt cəzalardan sonra Xudiyev postunu tərk edib.

Qeyd edək ki, UEFA assosiasiyanı 60 min avro cərimələməklə yanaşı, yığmamızı 2+3 il müddətinə yarışlardan kənarlaşdırıb. Yəni 2 il qitə çempionatından kənar qalacaq U-19 üçün növbəti 3 il sınaq müddəti olacaq.
0