“Neftçi” klubu baxışa çağırdığı legionerlərdən imtina etdi
13.01.2010 - 13:26
“Neftçi” klubu baxışa çağırdığı legionerlərdən imtina etdi
“Neftçi” baxışa çağırdığı legionerlərdən imtina edib. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, gürcü yarımmüdafiəçi Luka Razmadze və ukraynalı hücumçu Taras Kabanov bəyənilməyib.

“Neftçi” gürcü müdafiəçi Valeri Abramidze, habelə hücumçular – estoniyalı Vladimir Voskoboynikovla moldovalı Sergey Alekseyevi də baxışa çağırıb. Süleymanov bildirib ki, yeni gələnlərlə bağlı qərar vermək üçün “Karvan”la yoxlama oyununu gözləmək lazımdır: “Həmin görüş yanvarın 15-də olacaq. Bundan iki gün sonra isə Türkiyəyə səfərimiz başlayır. Komandamız Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Həmin vaxtadək bizə həm futbolçu, həm də müqavilə ilə bağlı sərf edənləri transfer edəcəyik. Hələlik yeganə transferimiz Cavid Hüseynovdur”.
0