Gələcək rəqibimiz yığmamızın “qapazaltı”sı ilə bacarmadı
13.01.2010 - 14:22
Futzal üzrə Azərbaycan milli komandasının rəqibi olan Macarıstan yığması növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yanvarın 19-da start götürəcək Avropa çempionatının final mərhələsində yığmamızla bir qrupda yer alan meydan sahibləri Finlandiya ilə qarşılaşıb. Mihal Kozmanın yetirmələri qitədə o qədər də güclü sayılmayan skandinaviyalılarla bacarmayıb – 5:5. Fasiləyə 3:1 hesabı ilə öndə yollanan macarlar bu üstünlüyü ikinci hissədə əldən verib.
Qeyd edək ki, Macarıstanda keçirilən turnirə Portuqaliyada baş tutan seçmə oyunlarında vəsiqə qazanan Azərbaycan yığması Finlandiya ilə həmin vaxt qarşılaşmışdı. Gələcək rəqiblərindən fərqli Joze Alessio da Silvanın yetirmələri “suomi”lərə dərs keçmişdi – 5:1.

- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0