Anatoli Demyanenko özünə yeni klub tapıb
13.01.2010 - 14:41
Anatoli Demyanenko özünə yeni klub tapıb
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenkonun işsiz günləri başa çatır. Apasport.az saytının məlumatına görə, 51 yaşlı ukraynalı mütəxəssis bildirib ki, harada çalışması bir həftəyə müəyyənləşəcək.

Demyanenko baş məşqçi postuna namizəd olduğu Kiyevin “Obolon” klubunun seçimdə həmyerlisi Sergey Kovaletsə üstünlük verəcəyi ilə bağlı deyilənlərə görə ruhdan düşməyib: “Hələ ki Kiyev klubunun nümayəndələri mənimlə əlaqə saxlamayıb. Görünür, bütün namizədləri təhlil edirlər. İstənilən halda, yaradıcılıq məzuniyyətim uzun sürməyəcək. Düzünü desəm, təkliflərim kifayət qədərdir. Prinsipcə, vətəndə işləmək istərdim. Ancaq bu, mütləq qarşısında konkret və yüksək turnir vəzifələri qoyan komanda olmalıdır. Bu, mənə maraqlı yaradıcılıq işi görməyə imkan verəcək. Əmin edirəm ki, yaxın bir həftədə məşqçilik işimi davam etdirəcəyim klubu müəyyənləşdirəcəyəm”.

Qeyd edək ki, Demyanenko 2008-ci ilin ilk 9 ayında “Neftçi”ni çalışdırdıqdan sonra qovuldu. O, həmin vaxtdan bu yana, artıq il yarımdır işsiz qalıb.
0