“Olimpik-Şüvəlan” Türkiyəyə üç yeni legionerlə yollanır
13.01.2010 - 15:05
“Olimpik-Şüvəlan” Türkiyəyə üç yeni legionerlə yollanır
“Olimpik-Şüvəlan” Türkiyəyə üç yeni futbolçu ilə yollanır. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Nazim Süleymanov baxışa gələn serbiyalı Qoran Jerkoviç, litvalı İqnedeus Kazimiçka və fransalı Yassine Benaybanı Antalyaya təlim-məşq toplanışına aparmağa qərar verdiklərini bildirib: “Baxışa gələn legionerlərimizi “Standard” və “Neftçi” ilə yoxlama oyunlarında sınadıq. Üçünü saxlasaq da, bu, onlarla müqavilə bağlayacağımız demək deyil. Həmin üç legionerə bir daha baxacağıq. Bildiyiniz kimi, Antalyada 4 yoxlama oyunu keçirəcəyik və rəqiblərimiz də məlumdur. Yanvarın 17-də Qazaxıstanın “Tobol”, 20-də Koreyanı “Diaqu”, 23-də Ukraynanın “Tavriya”, 26-da Rumıniyanın “İnternasional” klubu ilə görüşəcəyik. Özümüzlə aparacağımız yeni legionerlərlə bağlı ilk iki oyunda sınadıqdan sonra qərar verəcəyik”.

Süleymanov bildirib ki, qış fasiləsində maksimum üç futbolçu alacaqlar: “Bunlar müdafiə, yarımmüdafiə və hücum xəttini gücləndirmək üçün nəzərdə tutulub. Birbaşa Türkiyəyə baxışa gələn legionerlər də olacaq ki, onlar arasında da seçib, bəyəndiklərimi götürəcəyik”.
0