Musiqi dərsi
13.01.2010 - 15:51
Musiqi dərsi
Avropa çempionatının final mərhələsində Azərbaycan futzal yığması ilə eyni qrupda mübarizə aparacaq Macarıstan millisi turnir ərəfəsində dərs almağı lazım bilib. Apasport.az saytının məlumatına görə, məşhur macar pianoçusu Adam Giorqi oyunçulara geniş auditoriya qarşısına çıxmağın sirlərini öyrətmək qərarına gəlib.

Yanvarın 19-da keçiriləcək təntənəli açılış mərasimində də çıxış edəcək 27 yaşlı pianoçu yığmanın düşərgəsinə gələrək futzalçılarla görüşüb. Yaşının azlığına baxmayaraq, artıq indidən dahi macar bəstəkarı Ferents Listin davamçısı hesab olunan Adam meydana çıxaraq Macarıstan yığmasının üzvləri ilə məşq də edib. Dünyanın bir çox məşhur konsert salonlarında, o cümlədən Nyu-Yorkdakı “Karnegi Hall”da bacarığını göstərən musiqiçi bu yolla rəqibimə dəstək olmağa çalışıb.

Qeyd edək ki, elə açılışı mərasiminin ardından Azərbaycan və Macarıstan milliləri üz-üzə gələcək.
0