“Neftçi” “Çernomorets”lə qarşılaşacaq
13.01.2010 - 16:18
“Neftçi” “Çernomorets”lə qarşılaşacaq
Bakının “Neftçi” klubunun Türkiyə toplanışında daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 17-də təlim-məşq toplanışı keçirmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq paytaxt təmsilçisi iki gün sonra ilk yoxlama oyununa çıxacaq. Vaqif Sadıqovun yetirmələri ayın 19-da Odessanın “Çernomorets” ilə üz-üzə gələcək. Ukrayna çempionatının güclülər dəstəsində çıxış edən rəqib qış fasiləsinə 16 komanda arasında 14-cü pillədə yollanıb.

Qeyd edək ki, “Neftçi”nin yanvarın 27-də Ukraynanın “Zakarpatye”, 30-da isə Rusiyanın “Amkar”la qarşılaşacağı da məlum idi.
0