Avstraliya yığmasının futbolçusu “Qalatasaray”da!
13.01.2010 - 17:21
Avstraliya yığmasının futbolçusu “Qalatasaray”da!
“Qalatasaray” transferi baş tutmayan portuqaliyalı müdafiəçi Rikardo Koştaya əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Everton” klubunun təcrübəli müdafiəçisi Lukas Nill “Cim Boma”a keçib.

Tərəflər 32 yaşlı legionerin transferi ilə bağlı artıq razılığa gəlib. “Qalatasaray”dan təklif alan “Everton” aparıcı futbolçusunu satmağa hazır olduğunu bəyan edib. Keçidin ucuz başa gəlməsi də istanbulluların marağına səbəb olub.

Belə ki, “Cim Bom” avstraliyalı müdafiəçiyə görə cəmi 800 min funt sterlinq xərcə düşüb. Lukas 4 ay öncə “Vest Hem”lə müqaviləsi bitdiyi üçün “Everton”a sərbəst futbolçu kimi keçmişdi. Nill Avroliqada “Everton”un heyətində oynadığı üçün “Qalatasaray”a bu turnirdə kömək edə bilməyəcək.

Qeyd edək ki, Lukas “Qalatasaray”ın heyətində oynayan ikinci avstraliyalı futbolçu olacaq. O, Harri Kyuellə Avstraliya yığmasında uzun illər komanda yoldaşıdır.
0