“Bakı” “Birlik Kuboku” turnirinə darmadağınla gedir
13.01.2010 - 17:47
“Bakı” “Birlik Kuboku” turnirinə darmadağınla gedir
“Bakı” klubu Türkiyədəki hazırlıq prosesini böyük hesablı qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu bu gün Türkiyənin aşağı divizionunda çıxış edən “Şanlıurfaspor” klubu ilə Antalyada keçirdiyi yoxlama oyununda 3:0 hesabı ilə qalib gəlib.

“Bakı”dan qolların ikisini yeni transferi – hollandiyalı sol cinah oyunçusu Adnan Bərəkətlə “Karvan”dan alınan yarımmüdafiəçi Əziz Quliyev vurub. Daha bir qolun müəllifi isə milli komandamızın da üzvü olan braziliyalı Fabio Luis Ramim olub.

Qeyd edək ki, “Bakı” ölkəmizi təmsil edəcəyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə hazırlığı başa vurub. Komandamız turnir keçiriləcəyi Moskvaya sabah yollanacaq.
0