Mahir Şükürov “Anji”yə lazım deyil?
14.01.2010 - 09:31
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun düşərgəsində olduğu Rusiyanın “Anji” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bu ildən Premyer Liqada mübarizə aparacaq Mahaçqala təmsilçisi Almaniyanın “Ştutqart II” komandası ilə görüşüb.
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirilən matçda almaniyalılar 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu fasilədən sonra buraxan rusiyalılar bu dəfə də Şükürovsuz keçinib. Baxışda olan futbolçuların sınandığı ilk qarşılaşmadan fərqli, bu dəfə əsas heyət oyunçuları ilə potensial transferlərə güvənən baş məşqçi Omari Tetradze meydana buraxdığı 22 nəfər arasında 28 yaşlı müdafiəçiyə yer tapmayıb.
Qeyd edək ki, “Anji” ilk yoxlama oyununda Qazaxıstan çempionu “Aktobe”ni 4:2 hesabı ilə məğlub etmişdi.

- “Real”ın futbolçusu millinin heyətində zədələnib
- Zədəliyəm dedi, yalan çıxdı: Rafa Silvanın "dərd"inə çarə tapılmır
- “Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında
- Tramp: "Ronaldo haradadırsa, oğlum da oradadır”
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
0
0